Bank Of Baku

Nazir: “Azərbaycanda normativlərə cavab verməyən dönərxanalar bağlanacaq”

Nazir: “Azərbaycanda  normativlərə cavab verməyən dönərxanalar bağlanacaq”
# 19 fevral 2010 09:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda normativlərə cavab verməyən dönərxanalar bağlanacaq. APA-nın məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, son zamanlar nazirliyin sanitar qurumlarının əməkdaşları dönərxanalara baxışlar keçirirlər. Araşdırmalar nəticəsində dönərxanaların əksəriyyətində normativlərə əməl olunmaması üzə çıxıb: “Dönərxanaların çoxunda əti qazla bişirirlər. Bu isə daha təhlükəlidir. Qazın tərkibində müəyyən zərərli elementlər var. Həm də qazla bişirəndə ət normal bişmir. Nazirlik tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Keyfiyyətə və normativlərə cavab verməyən dönərxanalar başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR