Bank Of Baku

Səhiyyə Nazirliyi aptek açmaq üçün dövlət rüsumunun azaldılmasını təklif edib

Səhiyyə Nazirliyi aptek açmaq üçün dövlət rüsumunun azaldılmasını təklif edib
# 19 fevral 2010 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Səhiyyə Nazirliyi aptek açmaq üçün dövlət rüsumunun azaldılmasını təklif edib. APA-nın məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda dərmanların satışı üçün aptek açmaq üçün 5500 manat dövlət rüsumu tələb olunur: “Biz Azərbaycan Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bu rüsumu bir qədər azaltsın. Çünki apteklərin gəliri ilə rüsum bir-birinə uyğun gəlmir. Biz təklif edirik ki, aptekin həcmindən və harada yerləşməsindən asılı olaraq rüsumların qiymətində fərq olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR