Bank Of Baku

Oqtay Şirəliyev: “Azərbaycanda A/H1N1 virusuna qarşı aparılan vaksinasiyada heç bir ağırlaşma halı və fəsad qeydə alınmayıb”

Oqtay Şirəliyev: “Azərbaycanda A/H1N1 virusuna qarşı aparılan vaksinasiyada heç bir ağırlaşma halı və fəsad qeydə alınmayıb”
# 19 fevral 2010 09:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycana göndərilən 172 min doza vaksin tibb işçilərinə, sərhəd, gömrük xidməti əməkdaşlarına, hamilə qadınlara, xroniki tənəffüs yollarının xəstəlikləri olan xəstələrə vurulub. Artıq Azərbaycanda “donuz qripi”nə qarşı 80 faiz vaksinləşmə aparılıb.
Nazir peyvəndlərin vurulması nəticəsində heç bir ağırlaşma və fəsadın baş vermədiyini də deyib: “A/H1N1 virusuna qarşı vaksinlərlə bağlı müxtəlif söhbətlər vardı. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosuna 53 ölkə daxildir. Bu büronun daimi komitəsinə 9 ölkə, o cümlədən Azərbaycan daxildir. Vaksinlərin təsiri ilə bağlı dəqiq informasiya vermək çətindir. Çünki hansı ölkədə vaksinasiya başlamışdısa və orada fəsadlar olmuşdusa, bunlar açıqlanmayıb. Bəzən insanlar hansısa ağırlaşmaları vaksinlə bağlayırlar. Bu, düzgün deyil. Azərbaycanda həyata keçirilən vaksinasiyada bir dənə də olsun ağırlaşma və fəsad halı qeydə alınmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR