Bank Of Baku

Azərbaycanda ana və uşaq ölümü azalıb

Azərbaycanda ana və uşaq ölümü azalıb
# 19 fevral 2010 09:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Son 5 ildə Azərbaycanda səhiyyənin büdcəsi 8 dəfə artıb. 2003-cü ildə ölkədə səhiyyə ehtiyaclarına 59 milyon manat ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olub. 2008-ci illə müqayisədə isə ötən il səhiyyənin büdcəsi 50 faizdən çox artıb. APA-nın məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il səhiyyə sahəsində struktur islahatlarına başlanılıb. Bu məqsədlə əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanıb. Nəticədə respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55, stasionarların sayı 50 faizədək azaldılıb. Lakin tibb işçilərinin ixtisarına yol verilməyib. Nazir deyib ki, ötən il 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmir və yenidən qurulması işləri həyata keçirilib.

O. Şirəliyevin sözlərinə görə, “Ana və uşaqlarının sağlamlığının qorunması Dövlət Proqramı”nda nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü artıq istifadəyə verilib. 2009-cu il - “Uşaq İli” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə 300 mindən artıq uşaq tibbi müayinədən keçirilib. Xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyatına götürülərək müalicəyə cəlb olunublar.

Nazir deyib ki, Azərbaycanda ana və uşaq ölümü göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir. Belə ki, 2000-ci ildə uşaq ölümü göstəricisi 16,7 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-ə enib. Ana ölümü əmsalı isə (100 min diri doğulana) müvafiq olaraq 37,6-dan 24, 3-ə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR