Bank Of Baku

Əlillər üçün xüsusi taksilərin gətirilməsi məqsədilə Nəqliyyat Nazirliyinə müraciət edilib

Əlillər üçün xüsusi taksilərin gətirilməsi məqsədilə Nəqliyyat Nazirliyinə müraciət edilib
# 19 fevral 2010 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Minalar Əleyhinə Azərbaycan Milli Komitəsinin sədri Hafiz Səfixanov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, H. Səfixanov bildirib ki, Azərbaycan BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasına qoşulub və komitə bu konvensiyanın təbliğinə başlayıb. O regionlarda, paytaxtda əlillər üçün seminarlar təşkil edildiyini, geniş əhali kütləsinin maarifləndirilməsi üçün telekanallarda verilişlərin hazırlandığını deyib.

Ombudsman Aparatının təmsilçisi Müqabil Mahmudov isə əlillərin hüquqlarına dair Konvensiyanı XX əsrin ən mükəmməl sənədi adlandırıb. O, Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini və bu tədbirlərin bu gün də davam etdiyini söyləyib: “Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və milli qanunvericilikdə əlillərin bütün hüquqları öz əksini tapıb. Azərbaycanda 410 minə yaxın əlilliyi olan insan var və bunların 58 mini sağlamlığı məhdud uşaqlardır. Ombudsman Aparatı yarandıqdan sonra əhalinin müxtəlif təbəqələri, o cümlədən əlillərin də hüquqlarının müdafiəsi ilə məşğul olub. Aparatda bununla bağlı ixtisaslaşmış müşavirliklər yaradılıb”.

M. Mahmudovun sözlərinə görə, insan haqları üzrə müvəkkil gözdən əlillərin hərəkətinin asanlaşdırılması üçün səsli işıqforların quraşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə, əlillərin istifadəsi məqsədilə xüsusi taksilərin gətirilməsi üçün isə Nəqliyyat Nazirliyinə müraciət edib: “Bundan əlavə, müvəkkil nəinki Qarabağ müharibəsi əlillərinin, ümumilikdə əlillərin mənzillə təmin olunması təşəbbüsü ilə çıxış edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR