Bank Of Baku

Azərbaycanda qanunsuz zibilliklər ləğv ediləcək

Azərbaycanda qanunsuz zibilliklər ləğv ediləcək
# 19 fevral 2010 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda son üç ildə 32 211 hektar ərazidə meşəbərpa tədbirləri aparılıb. «APA-Economics»in məlumatına görə, bunu fevralın 18-də Azərbaycan prezidentinin iştirakı ilə ekoloji məsələlərə həsr olunmuş iclasda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

H.Bağırovun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 021 min hektara çatdırılıb. Nəticədə, ölkə üzrə meşə ilə örtülü ərazilər 11,4%-dən 11,8%-dək artıb.

Nazir yaşayış məntəqələrinin ərazilərindəki qanunsuz zibilliklərin ləğv edilməsi və torpaqların reabilitasiyası məqsədilə tədbirlərin həyata keçiriləcəyini də vurğulayıb. H.Bağırovun sözlərinə görə, ilkin olaraq Şamaxı və Hacıqabulda ətraf mühitə minimum təsir göstərən və istismarı daha ucuz başa gələn müasir regional poliqonların tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb. Həmin sənədlər aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Bu ərazilərdə 6-8 rayon üçün bir poliqonun yaradılması tullantıların uzaq məsafələrdən Bakıya gətirilərək emal edilməsindən ucuz başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR