Bank Of Baku

Lənkəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi qeyd olunub

Lənkəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi qeyd olunub
# 19 fevral 2010 13:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) 90 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, cəmiyyətin Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarındakı fəallarının, yerli idarə və təşkilat rəhbərlərinin, QHT nümayəndələrinin qatıldığı tədbiri Lənkəran İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açıb. Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin üzvü Novruz Aslanov rəhbərlik etdiyi qurumun yaranma tarixindən, onun humanitar dəyərlərin yayılması, fövqəladə hallara hazırlıq və yardım, axtarış, ilk yardım, sağlamlıq, miqrasiya, gənclər, könüllülər və s. istiqamətlər üzrə çoxsahəli fəaliyyətindən ətraflı danışıb. O bildirib ki, 1995-ci ildən Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hazırda 170 mindən çox üzvü, 18 min könüllüsü var.

Tədbirin sonunda S. Mikayılova cəmiyyətin “Qızıl Aypara” medalı, onun birinci müavini İlqar Dadaşova isə fəxri fərman təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR