Bank Of Baku

Azərbaycanda şəkərli diabet xəstələri arasında ölüm göstəricisi 2 dəfədən çox azalıb

Azərbaycanda şəkərli diabet xəstələri arasında ölüm göstəricisi 2 dəfədən çox azalıb
# 19 fevral 2010 13:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycanda şəkərli diabet xəstələrin ölüm göstəricisi 2 dəfədən çox azalıb”. APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir deyib ki, “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində xəstələrin aşkar edilməsi işi yaxşılaşıb. Qeydiyyata götürülən xəstələrin sayı iki dəfədən çox artıb. Hazırda ölkədə 118 mindən artıq şəkərli diabet xəstəsi var. O. Şirəliyevin sözlərinə görə, “Şəkərli diabet üzrə Dövlət Proqramı” başa çatdığı üçün 2010-2014-cü illəri əhatə edən yeni proqram layihəsi hazırlanıb və yaxın zamanlarda Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR