Bank Of Baku

Azərbaycanda hemofiliya və talassemiya xəstəliklərindən ölənlərin sayı azalıb

Azərbaycanda hemofiliya və talassemiya xəstəliklərindən ölənlərin sayı azalıb
# 19 fevral 2010 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2003-cü illə müqayisədə ötən il xəstəxanalarda müalicə olunan xəstələrin sayı 36 faiz, təcili tibbi yardım göstərilən xəstələrin sayı 53 faiz, ambulator müraciətlərin sayı 33 faiz artıb. APA-nın məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir deyib ki, Kür-Araz ovalığının 220 mindən artıq əhalisinin təmiz içməli su ilə təmin olunmasından sonra son 1 il ərzində bu bölgədə mədə-bağırsaq xəstəliklərinin sayı 10 faizə qədər azalıb. Ümumiyyətlə, son illər Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq, yoluxucu xəstəliklərin yayılmasına epidemiya halında rast gəlinməyib. Ötən il polimelit, qızılca, məxmərək kimi xəstəliklər Azərbaycanda qeydə alınmayıb. Ölkədə brusellyoz xəstələrinin sayı 10 faiz, bağırsaq infeksiyalarının sayı 8,7 faiz, hepatit A xəstələrinin sayı 50 faiz azalıb.

Nazir deyib ki, Azərbaycanda qida zəhərlənmələri də azalıb. Əgər 2008-ci ildə ölkədə 811 qida zəhərlənməsi nəticəsində 1037 nəfər zərərçəkən var idisə, ötən il 491 qida zəhərlənməsi zamanı 581 nəfər zərər çəkib. O. Şirəliyev deyib ki, ötən il Azərbaycanda 148 qanvermə aksiyası keçirilib və bu aksiyalarda 45 min nəfərdən artıq insan iştirak edib. Qanvermə aksiyalarının artımı nəticəsində ötən il 19 tona yaxın qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir və bu sahədə heç bir problem yoxdur.

Nazir bildirib ki, ölkədə hemofiliya və talassemiya xəstəliklərindən ölənlərin sayı azalıb. Talassemiya xəstəliklərindən ölənlərin sayı 2003-cü ildə 73 nəfər idisə, 2009-cu ildə bu rəqəm 21-ə enib. Hazırda Azərbaycanda 1360 nəfər bu xəstəlikdən əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR