Bank Of Baku

Lənkəranda “26 Fevral 1992-ci il Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına start verilib

Lənkəranda “26 Fevral 1992-ci il Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına start verilib
# 19 fevral 2010 14:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran gənclərinin “26 Fevral 1992-ci il Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına start verilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Gənclər və İdman İdarəsindən bildirilib. Məlumata görə, kampaniya çərçivəsində minlərlə lənkəranlı gənc Xocalı faciəsini bütün dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ABŞ senatorları və konqresmenlərinin, ştat qanunvericilərinin, dünya mətbuat orqanlarının, televiziya şirkətlərinin, radio mərkəzlərinin, Avropa Birliyi nümayəndələrinin, beynəlxalq hüquq müdafiəçilərinin, xarici universitet rəhbərliklərinin, Azərbaycanda olan xarici ölkə səfirliklərinin, konsulluqların, daimi nümayəndəliklərin və bir çox qurumların elektron-poçt ünvanlarına Xocalı faciəsi ilə bağlı tarixi, statistik məlumatlar göndəriləcək. Bu tədbir fevralın 27-nə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR