Bank Of Baku

AŞ PA komissiyası Rafael Hüseynovun məruzəsini bəyənib

AŞ PA komissiyası Rafael Hüseynovun məruzəsini bəyənib
# 19 fevral 2010 15:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ətraf mühit üzrə komissiyası Azərbaycandan olan parlamentar Rafael Hüseynovun məruzəsini bəyənib. APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komissiya üzvlərinin Rumıniyaya səfəri çərçivəsində Buxarestdə R. Hüseynovun “Səs və işığın ətraf mühitə zərərli təsiri” adlı məruzəsi dinlənilib. Sənəddə səs və işığın insanlara və heyvanlar aləminə zərərlərindən bəhs olunur. Qeyd olunur ki, səs və işıq çirklənməsi ekosistemin pozulması və insanlarda müxtəlif patologiyaların inkişafına səbəb ola bilər. Hesabatda üzv ölkələrə bu sahədə tövsiyələr də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR