Bank Of Baku

Şirvanda reydlər zamanı 27 avtomobil saxlanılıb

Şirvanda reydlər zamanı 27 avtomobil saxlanılıb
# 19 fevral 2010 21:45 (UTC +04:00)
Şirvan. Әlibәy Zeynallı-APA. Şirvanda reydlər zamanı yol hərəkəti qaydalarını pozan 27 sürücü saxlanılıb. Bu barәdә APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Dövlət Yol Polisindən məlumat verilib.

Verilən məlumata görə avtomobillərin yollarda təhlükəsizlik hərəkət etmələrinə nəzarəti gücləndirmək üçün keçirilən tədbirlər nəticəsində qaydaları pozmuş bəzi sürücülər cərimə olunmuş, sənədləri olmayan sürücülərin isə avtomobilləri, sənəd təqdim edilənə qədər cərimə meydançasında saxlanılmışdır.

Şirvan şəhər polis şöbəsinin rəisi Azər Muradov isə bildirdi ki, yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün DYP əməkdaşları belə reydlərin keçirilməsini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR