Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 668 namizəd sənəd verib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 668 namizəd sənəd verib
# 22 fevral 2010 08:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 42 dövlət orqanı, o cümlədən 5 rayon, 4 apellyasiya məhkəməsi üzrə 771 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün fevralın 5-də elan etdiyi müsabiqəyə artıq 668 namizəd sənəd verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin APA-ya verdiyi məlumata görə, daha çox namizəd Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vakant vəzifələrinə iddia edir. Bu dövlət qurumu üzrə 116 yerə qarşı 91 namizəd (bir yerə qarşı 0,78 namizəd) qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə isə 62 yerə qarşı 65 namizəd (bir yer 1,05 namizəd), Dövlət Sosial Müdafiə Fondu üzrə isə 60 vakant yerə 55 namizəd (bir yerə 0,92 namizəd) sənəd verib.

Məhkəmələr üzrə isə ən çox sənəd Bakı Apellyasiya Məhkəməsinin vakant vəzifələri üzrə verilib. Bu dövlət qurumu üzrə 21 yerə qarşı 53 namizəd (bir yerə 2,52 namizəd) qeydə alınıb. Şirvan, Gəncə, Şəki apellyasiya məhkəmələrinin hər biri üzrə 1 nəfər qeydə alınıb. Müsabiqəyə çıxarılan 5 vakant rayon məhkəmələrinin vəzifələri üzrə isə Hacıqabul rayon Məhkəməsindən 2 vakant yerə qarşı 1 namizəd qeydə alınıb. Xocalı, Lənkəran, Şəmkir, Şəki rayon məhkəmələri üzrə isə namizəd qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR