Bank Of Baku

Azərbaycan Dillər Universitetində yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetində yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib
# 08 aprel 2010 12:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Dillər Universitetinin İnformasiya Mərkəzində yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, universitetin tələbələri və pedaqoji heyətinə Yaponiyanın mədəniyyəti, ənənələri və dili haqqında ətraflı məlumat verilib.

Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki çıxışında bildirib ki, hazırda ikitərəfli əlaqələr çox yaxşı səviyyədədir: “Yaponiya və Azərbaycan mədəniyyətlərinin öyrənilməsinə hər iki ölkədə qarşılıqlı maraq var”. Diplomat tədbirin təşkilinə görə ADU-nun rektoru Səməd Seyidova minnətdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR