Bank Of Baku

Azərbaycanda «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə, vəzifə və göstəricilərin Siyahısı»na əlavələr edilib

Azərbaycanda «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə, vəzifə və göstəricilərin Siyahısı»na əlavələr edilib
# 08 aprel 2010 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Siyahıya edilmiş əlavələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına bu sahədə yeni hüquq verilib. Əlavələrə əsasən, ƏƏSMN Həmkarlar İttifaqı Konfederasiyası ilə birlikdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün hüquq verən siyahıya dair müəssisələr tərəfindən verilən təkliflərə baxa və lazım gəldikdə, təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR