Bank Of Baku

Oqtay Şirəliyev Ağcabədi rayonunda olub

Oqtay Şirəliyev Ağcabədi rayonunda olub
# 08 aprel 2010 13:22 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ağcabədi rayonuna səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının mövcud vəziyyəti ilə tanış olub. Xəstəxananın baş həkimi Arif Quliyev APA-ya bildirib ki, nazirin səfəri səhiyyə müəssisəsində aparılacaq təmir işləri ilə bağlıdır.

Nazirin qonşu rayonlara da səfərləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR