Bank Of Baku

Ali təhsil müəssisələrinə ərizə qəbulu üçün “ödəmə kartları” aprelin 9-dan verilməyə başlayacaq

Ali təhsil müəssisələrinə ərizə qəbulu üçün “ödəmə kartları” aprelin 9-dan verilməyə başlayacaq
# 08 aprel 2010 14:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ali təhsil müəssisələrinə ərizə qəbulu üçün “ödəmə kartları” aprelin 9-dan verilməyə başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə ərizə qəbulu üçün “ödəmə kartları”nı TQDK-nın “Abituriyent” satış köşkündən, bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.
Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - http://tqdk.gov.az/virtualkart fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR