Bank Of Baku

Ombudsmanın təşəbbüsü ilə 292 saylı orta məktəbdə insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici treninq keçirilib

Ombudsmanın təşəbbüsü ilə 292 saylı orta məktəbdə insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici treninq keçirilib
# 08 aprel 2010 15:45 (UTC +04:00)
Bakı-APA. “İnsan alveri bütün dünya ölkələrində rast gəlinən ən geniş yayılmış cinayətlərdən hesab olunur, ölkədaxili və beynəlxalq qanunvericilikdə cinayət əməli kimi qiymətləndirilir və qadağan edilir”. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Bakının Nəsimi rayonundakı 292 saylı orta məktəbdə insan alverinə qarşı mübarizə mövzusunda təşkil olunmuş maarifləndirici treninqdə səsləndirilib. Ombudsman Aparatının Hüquqi-maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə tədbirdə trener kimi çıxış edərək, bu qəbildən olan silsilə maarifləndirmə tədbirlərinin məramının şagirdlərə insan alveri anlayışının, müxtəlif formalarının izah edilməsindən, məktəbliləri bu cinayət əməlinə qarşı mübarizə üzrə hüquqi maarifləndirməkdən ibarət olduğunu söyləyib. İnsan alverinə daha çox azyaşlı uşaqların, o cümlədən qadınların məruz qaldığı vurğulanmış, Müvəkkilin çoxşaxəli fəaliyyətində insan alverinə qarşı mübarizənin də mühüm yer tutduğu, bu istiqamətdə müvafiq dövlət qurumlarının insan alverinə qarşı mübarizə üzrə strukturları ilə birlikdə tədbirlərin keçirildiyi, Bakıda və ölkəmizin regionlarında əhatəli maarifləndirmə işinin aparıldığı diqqətə çatdırılıb. Müvəkkilin nümayəndəsi yuxarı sinif şagirdlərinə insan alveri sahəsində hüquq pozuntuları barədə məlumat verib, belə qanunazidd əməllərlə, həmçinin uşaqlara qarşı kobud rəftar halları ilə qarşılaşarkən Ombudsman təsisatında 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xəttə təcili olaraq məlumat verməyi tövsiyə edib. Təsisatda hazırlanmış hüquqi nəşrlər və plakatlar məktəbə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR