Bank Of Baku

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Avropa Gənclər Forumunun Azərbaycanda səfərdə olan üzvləri ilə görüşüb

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Avropa Gənclər Forumunun Azərbaycanda səfərdə olan üzvləri ilə görüşüb
# 09 aprel 2010 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gənclər və İdman Nazirliyinin (GİN) rəhbərliyi Avropa Gənclər Forumunun Azərbaycanda səfərdə olan üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, GİN-də keçirilən görüşdə çıxış edən nazir müavini İntiqam Babayev Azərbaycanda gənclər siyasəti, nazirliyin həyata keçirdiyi tədbirlərlə bağlı məlumat verib. O bildirib ki, Azərbaycanda gənclər siyasətini Gənclər və İdman Nazirliyi tənzimləyir. Ötən illər ərzində ölkə gənclərinin maraqlarını əks etdirən və beynəlxalq standartlara uyğun siyasətin həyata keçirildiyini bildirən İ. Babayev gənclərlə bağlı qanunvericilik sahəsində 20-dən artıq qanunun qəbul olunduğunu da iştirakçıların diqqətinə çatdırıb: “Nazirlik gənclərlə bağlı ən müxtəlif tədbirlər keçirir. Son bir ildə bu istiqamətdə 170-dən çox tədbir keçirilib və bunun 30-u beynəlxalq tədbir olub. Həmçinin nazirlik gənclər təşkilatlarının layihələrinə maliyyə dəstəyi verir. Son bir ildə 110-a yaxın layihə maliyyələşdirilib və ümumilikdə 1 milyon 300 min avro dəyərində maliyyə ayrılıb”.

Görüşdə Avropa Gənclər Forumunun Büro üzvləri, müxtəlif sahələr üzrə katibləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və ayrı-ayrı gənclər təşkilatlarının rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR