Bank Of Baku

Azərbaycandakı çeçen qaçqınların sayı azalıb, onların bir hissəsi Avropa ölkələrinə, bir hissəsi isə Türkiyəyə gedib

Azərbaycandakı çeçen qaçqınların sayı azalıb, onların bir hissəsi Avropa ölkələrinə, bir hissəsi isə Türkiyəyə gedib
# 09 aprel 2010 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Son illərdə müxtəlif bəhanələrlə qaçqın kimi Azərbaycana gəlmək istəyənlər çoxalıb. APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin («Qaçqınkom») sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, bununla bərabər Azərbaycanda qaçqın kimi yaşayan digər ölkələrin vətəndaşlarının sayında da azalma gedir. Artıq bir vaxtlar ölkədə qaçqın kimi qeydiyyata alınmış çeçenlərin sayı 12 mindən 2 minə enib.

«Ölkədəki çeçen qaçqınlarının sayında azalma gedir. Onların bir hissəsi öz istəkləri ilə Avropa ölkələrinə, bir hissəsi də Türkiyəyə gediblər», - deyə Ə. Həsənov vurğulayıb.

Hazırda ölkədə 4 minə qədər qaçqının qeydiyyatda olduğunu bildirən Ə.Həsənov bunun yarısının çeçenlər olduğunu qeyd edib. Azərbaycandakı qaçqınlar arasında əfqanıstanlı, pakistanlı, fələstinli və İrandan gələnlər də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR