Bank Of Baku

“Quş qripi” ilə bağlı aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə bağlı aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb
# 09 aprel 2010 10:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) martın 29-dan Azərbaycanda “quş qripi” virusu ilə bağlı aparılmış növbəti monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1487 baş ev quşunun qan nümunələri, eləcə də 9 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.

“Quş qripi”nin köçəri quşlarla keçmə ehtimalını nəzərə alan DBX ölkə ərazisində ardıcıl monitorinqləri bundan sonra da davam etdirəcək. DBX bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və qida məhsulu kimi istifadəsi qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR