Bank Of Baku

Mavritaniyanın xarici işlər naziri və Vyetnam baş nazirinin müavini İçərişəhərlə tanış olublar

Mavritaniyanın xarici işlər naziri və Vyetnam baş nazirinin müavini İçərişəhərlə tanış olublar
# 09 aprel 2010 14:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda səfərdə olan Mavritaniyanın xarici işlər naziri Naha Mint Muknass və Vyetnam Sosialist Respublikası baş nazirinin müavini Hoanq Çunq Hay “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya bildirilib ki, gəzinti zamanı qonağa UNESCO-nun “Dünya İrsi” siyahısına daxil edilmiş İçərişəhərdə aparılan təmir, abadlaşdırma və restavrasiya işləri barədə geniş məlumat verilib.

Gəzinti Qız Qalası ilə tanışlıqdan başlayıb. Daha sonra qonaqlar Buxara və Multanı karvansaraları, Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olublar. Gəzintinin sonunda Filarmoniya bağında çay süfrəsi təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR