Bank Of Baku

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında «İnsan alverinə qarşı mübarizə» mövzusunda tədbir keçirilib

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında «İnsan alverinə qarşı mübarizə» mövzusunda tədbir keçirilib
# 09 aprel 2010 18:43 (UTC +04:00)
Bakı-APA. İnsan alverinə qarşı milli fəaliyyət planını əsas tutaraq, bu gün İnsan alverinə qarşı QHT koalisiyasının üzvü «XXI Əsrin Qadınları» İctimai Birliyi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə birgə «İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onunla mübarizə» mövzusunda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında tədbir keçirib.

«XXI Əsrin Qadınları» İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin nəticəsində işsizliyin aradan qaldırılması, yeni açılan iş yerləri bu çirkli biznesin - insan alverinin azalmasına gətirib çıxarıb. Belə ki, 2009-cu ildə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində insan alveri ilə bağlı 80 cinayət faktı qeydə alınmış belə cinayətləri törətdiklərinə görə 76 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alverinin qurbanı olan 91 nəfər müəyyən olunub. Daha sonra mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən polis polkovnik-leytenantı Fuad Əliyev çıxış edərək DİN-in ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, digər sahələrdə olduğu kimi, bu sahədə də tədbirləri davamlı keçirəcəyini bəyan edib.

Tədbirdə «Satılmış həyat» filimi nümayiş olunub və iştirakçılara bukletlər paylanıb. Seminarda Şamaxı, Qobustan, İsmayıllı və Ağsu ictimaiyyətinin nümayəndələri ilə yanaşı Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbə və müəllimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR