Bank Of Baku

BMT: Dünyada ömür uzunluğu kəskin artıb

BMT: Dünyada ömür uzunluğu kəskin artıb
# 10 aprel 2010 08:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Dünyanın əksər regionlarında ömür uzunluğu 1950-cu ildən kəskin artıb və hazırda 68 yaş, bir sıra regionlarda isə daha çox təşkil edir. APA-nın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının məruzəsində deyilir.

Ömür uzunluğunun ən yüksək artımı Çin və Hindistanda müşahidə olunur ki, burada orta ömür uzunluğu 30 yaş artaraq müvafiq olaraq 72 və 68 yaşa bərabərdir. Eyni zamanda, ən kiçik göstərici Afrika ölkələrində müşahidə olunur ki, burada ömür uzunluğu 55 yaşdan artıq olmur.

Məruzədə vurğulanan ömür uzunluğunun artımı tibb və səhiyyənin inkişafı, qidalanmanın və yaşayış şəraitinin yaxşılaşması ilə əlaqələndirilir.

Qeyd edək ki, Azərbaycanda orta ömür uzunluğu 72,7 yaş təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR