Bank Of Baku

Geologiya İnstitutu AMEA-nın regional bölmələri ilə əməkdaşlıq edəcək

Geologiya İnstitutu AMEA-nın regional bölmələri ilə əməkdaşlıq edəcək
# 19 aprel 2010 15:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu AMEA-nın Naxçıvan Bölməsi, Şəki, Gəncə və Lənkəran regional elmi mərkəzləri ilə yer elmləri istiqamətində yeni əməkdaşlıq layihələri planlaşdırır. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə sözügedən qurumların rəhbərləri ilə görüşlər keçirilir. İlk görüş Şəki Regional Elmi Mərkəzinin rəhbərliyi ilə olub. Geologiya İnstitutunun direktoru Akif Əlizadə toplantıda bildirib ki, geoloqların regionlarla elmi əlaqələri inkişaf etdirmək niyyəti “Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramın məqsədlərdən irəli gəlir. Artıq iki ildir Şəki Regional Elmi Mərkəzi ilə əməkdaşlıq edən Geologiya İnstitutu ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə həmin mərkəzdə GPS stansiyası quraşdırıb. Geologiya İnstitutu tərəfindən Şəki Qravitasiya Stansiyası təşkil olunub.

Şəki Regional Elmi Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə isə qeyd edib ki, rəhbərlik etdiyi qurum geofizika, geodinamika, sel prosesləri, tibbi geologiya sahələrində elmi bazaya malikdir və bu istiqamətdə birgə tədqiqatların aparılması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR