Bank Of Baku

Yanvar-mart aylarında Azərbaycanda orta aylıq əmək haqqı 4% artıb

Yanvar-mart aylarında Azərbaycanda orta aylıq əmək haqqı 4% artıb
# 20 aprel 2010 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 304 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə, peşə, elmi və texniki fəaliyyətdə, informasiya və rabitə sahələrində orta aylıq əmək haqqı daha yüksək olub.

Cari ilin yanvar-fevral aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 2,1 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, habelə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 169,6 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 285,3 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR