Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar məktəblilər arasında inşa müsabiqəsinin final mərhələsinə start verilib

Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar məktəblilər arasında inşa müsabiqəsinin final mərhələsinə start verilib
# 20 aprel 2010 08:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə məktəblilər arasında inşa müsabiqəsinin final mərhələsinə start verilib. APA-nın məlumatına görə, yekun yarışma akademik Zərifə Əliyeva adına məktəbdə keçirilib. Təhsil naziri Misir Mərdanov bildirib ki, son illər bu tədbir ənənəvi xarakter alıb. Nazir müsabiqənin ölkənin bütün rayon və kəndlərini əhatə etdiyini bildirib. Rayon səviyyəsində keçirilən yarışmada bir qalib müəyyən olunur və yekunda həmin qaliblər arasından bir qalib müəyyən edilir. M. Mərdanov hazırda yarışmaya 96 şagirdin qatıldığını deyib: “Şagirdlərin inşaları kodlaşdırılacaq və ekspertlər tərəfindən qiymətləndiriləcək. Sonda bu 96 şagirdin inşası kitab halında nəşr ediləcək. Mükafatlandırma mərasimi isə may ayının əvvəlində olacaq».

Şagirdlərə «Ulu öndər Heydər Əliyevi düşünərkən» mövzusunda inşa yazmaq üçün 3 saat vaxt verilib.

Tədbirdə YAP sədrinin müavini Əli Əhmədov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR