Bank Of Baku

Azərbaycanda Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi yaradılıb

Azərbaycanda Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi yaradılıb
# 20 aprel 2010 09:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi (NCMTO) yaradılıb. Bu barədə APA-ya ofisdən məlumat verilib.

Məlumatda bildirilir ki, Narkomanlığa və Narkotiklərə dair cinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərən bir çox mütəxəssislərin, ziyalıların, fəal vətəndaşların iştirakı ilə Azərbaycanda NCMTO yaradılmasına dair qərar qəbul olunub.

Yeni qurumun yaradılmasında məqsəd Azərbaycan cəmiyyətində narkotiklər, eləcə də narkotiklərlə bağlı cinayətkarlığın səviyyəsinin daim artdığı müşahidə olunduğundan bu sahədə vətəndaş cəmiyyətinin formalaşdırılması, habelə geniş ictimaiyyətin diqqətini bu problemə daha çox cəlb etməklə dövlət strukturları ilə birgə bu istiqamətdə təbliğatı həyata keçirməkdir. Bununla yanaşı, QİÇS-lə mübarizə, insan alveri, terrorizm, çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrində də cəmiyyətimizin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği və sağlam cəmiyyət uğrunda mübarizə də ofisin məqsədlərindən olacaq.

Yeni yaradılan ofisin ümumi koordinasiyasının bu sahədə 10 ildən artıq müddət ərzində Avropa İttifaqı və BMT İnkişaf Proqramının “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional yardım Proqramına rəhbərlik etmiş Məzahir Əfəndiyev tərəfindən həyata keçirilməsi yekdilliklə dəstələnib.

Ofisin yaxın vaxtlarda həyata keçirəcəyi müxtəlif istiqamətli tədbirlər, layihələrlə barədə KİV məlumatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR