Bank Of Baku

TQDK ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid ballarını müəyyənləşdirib

TQDK ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid ballarını müəyyənləşdirib
# 20 aprel 2010 10:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid ballarını müəyyənləşdirib. APA-nın məlumatına görə, TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, III ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən az olmayan abituriyentlər buraxılacaq. Bu zaman abituriyentlərin hər imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmamalıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi təyinatlı ali məktəblərə sənəd verən abituriyentlər ilk növbədə həmin ali məktəbin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər.

A. Bağırov ötən il olduğu kimi müəyyən ixtisas qrupları üzrə keçid ballarının aşağı salınacağının mümkün olub-olmamasına da münasibət bildirib: “Keçid ballarının aşağı salınacağını indidən demək çətindir. Bu, abituriyentlərin imtahan göstəricilərindən asılı olacaq. Müsabiqədə iştirak edən abituriyentlər kifayət qədər olarsa, imtahan şərtləri dəyişməyəcək. Hər halda TQDK daha səviyyəli abituriyentlərin ali məktəblərə qəbul olunmasını istəyi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR