Bank Of Baku

Qələbənin 65 illiyinə həsr olunmuş olimpiadanın qalibləri mükafatlandırılıb

Qələbənin 65 illiyinə həsr olunmuş olimpiadanın qalibləri mükafatlandırılıb
# 20 aprel 2010 10:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş rus dili və ədəbiyyat üzrə olimpiadanın qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirilib ki, olimpiadada Bakı, Sumqayıt, Mingəçevir, Xaçmaz və Masallıdan olan 100 yaxın 4-7-ci sinif şagirdləri iştirak edib.

Dördüncü siniflər arasında Bakının 42 saylı məktəbinin şagirdi Fəxri İmanzadə, 5-ci siniflər arasında Bakının 3 saylı məktəbinin şagirdi Səbinə Niftiyeva və Sumqayıt şəhər 11 saylı məktəbinin şagirdi Madər Qədimli, 6-cı siniflər arasında Bakı şəhər 3 saylı məktəbinin şagirdi Məsməxanım Yaqubova, 129 saylı məktəbinin şagirdi Kənan Cabbarov, Mingəçevir texniki-humanitar liseyinin şagirdi Cümşüd İsayev, Xaçmaz rayon 7 saylı məktəbinin şagirdi Roksana Əmirxanova, 7-ci siniflər arasında Bakının 250 saylı məktəbinin şagirdi Dürdanə Mirzəyeva və Masallı rayon 3 saylı məktəbinin şagirdi Əli Əlizadə qalib elan olunub. Onlara diplom və qiymətli hədiyyələr təqdim edilib.

İkinci və üçüncü yerlərin sahibləri və “Ən yaxşı qiraətçi”, “Qələbə iradəli” nominasiyalarının qalibləri də təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR