Bank Of Baku

Ali məktəblərin I ixtisas qrupuna daha çox abituriyentin sənəd verəcəyi gözlənilir

Ali məktəblərin I ixtisas qrupuna daha çox abituriyentin sənəd verəcəyi gözlənilir
# 20 aprel 2010 10:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il ali məktəblərin I ixtisas qrupuna daha çox abituriyentin sənəd verəcəyi gözlənilir. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkilat şöbəsinin müdiri Arzu Bağırov deyib. O bildirib ki, əvvəlki illərdə abituriyentlər III ixtisas qrupuna daha çox meyl etsələr də, son vaxtlar tendensiya dəyişib: “Ötən il I ixtisas qrupuna sənəd verən abituriyentlərin sayı III ixtisas qrupuna sənəd verənlərin sayına yaxınlaşdı və demək olar ki, bərabərləşdi. Bu il sınaq imtahanlarında iştirak edən abituriyentlərin seçiminə əsasən belə fikir söyləmək olar ki, abituriyentlər arasında I ixtisas qrupu abituriyentləri çoxluq təşkil edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR