Bank Of Baku

Misir Mərdanov: “Çox az sayda məktəb və ucqar rayon qalıb ki, orada ciddi müəllim çatışmazlığı var”

Misir Mərdanov: “Çox az sayda məktəb və ucqar rayon qalıb ki, orada ciddi müəllim çatışmazlığı var”
# 20 aprel 2010 10:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ötən 5 il ərzində Təhsil Nazirliyi orta məktəblərdə kadr təminatını demək olar ki, həll edib. Çox az sayda məktəblər və ucqar rayonlar qalıb ki, orada ciddi müəllim çatışmazlığı var”. APA-nın məlumatına görə bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. M. Mərdanov bildirib ki, artıq “2005–2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”nın icrası başa çatıb və bu istiqamət üzrə yeni dövlət proqramı qəbul edilib: “Ona görə də biz yeni proqram hazırladıq və yəqin ki, bu yaydan proqramın həyata keçirilməsinə başlayacağıq”.

M. Mərdanovun sözlərinə görə, 6-7 il əvvəl Azərbaycanda 7 min kadr çatışmazlığı vardı. Ötən 5 ildə bu problemin 80 faizi həll olunub və hazırda çox az sayda müəllim çatışmazlığı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR