Bank Of Baku

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub
# 20 aprel 2010 14:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə deyib ki, bu qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir. Onun sözlərinə görə, sənədlə bağlı hər iki oxunuşda irəli sürülən rəy və təkliflər işçi qrup tərəfindən nəzərə alınıb.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR