Bank Of Baku

"Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib

"Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib
# 20 aprel 2010 14:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsini həyata keçirərək jurnalistlər arasında müsabiqə elan edib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə “2010-cu il "Ekologiya ili"dir: dövlətin ekoloji siyasəti; təbii sərvətlərdən səmərəli istifadə; alternativ və bərpa olunan enerji mənbələrindən istifadə; qlobal ekoloji problemlər və milli səviyyədə tələbatların qiymətləndirilməsi; ekoloji təhlükəsizliyin təminatı: mövcud durum və perspektiv vəzifələr; üçüncü sektor və ətraf mühit; ekologiya sahəsində beynəlxalq əməkdaşlıq; ekoloji maarifləndirmə istiqamətləri üzrə keçirilir.

Müsabiqədə müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər iştirak edə bilərlər. Yazılar və telereportajlar şəxsən 19 aprel - 20 may tarixləri arasında, rəsmi iş günləri saat 10.00-dan 17.00-dək ETSN-na təqdim olunmalıdır. Hər jurnalist və telereportyor yalnız bir mövzu üzrə müsabiqədə iştirak edə bilər.

Yazılarda mövzuların əhatə olunmasına, jurnalist araşdırmasına, əsaslandırmaya materialın oxucu üçün informasiyalılıq səviyyəsinə, yazının və reportajın dil və üslub xüsusiyyətlərinə, bədii-estetik ifadəsinə, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətinə, ictimai maraqların müdafiəsinə daha çox üstünlük veriləcək. Qaliblər ETSN, KİVDF və MŞ-nın xüsusi diplomu ilə təltif olunacaq. I yerin qalibi 500, II yerin qalibi 300, III yerin qalibi isə 200 manat məbləğində mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR