Bank Of Baku

Sumqayıtda bu ilin birinci rübünün yekunları ilə bağlı müşavirə keçirilib

Sumqayıtda bu ilin birinci rübünün yekunları ilə bağlı müşavirə keçirilib
# 20 aprel 2010 15:00 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində (ŞİH) 2010-cu ilin birinci rübündə Sumqayıt şəhərinin sosial və iqtisadi sahələrində həyata keçirilən işlərin yekunu haqqında müşavirə keçirilib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

İclasda hesabat məruzəsi ilə çıxış edən ŞİH başçısı Vaqif Əliyev ötən üç ay ərzində şəhərin əsas iqtisadi göstəriciləri üzrə artımın əldə olunduğunu, şəhər üzrə məhsul və xidmətlərin buraxılışında, orta aylıq əmək haqqı göstəricisində, investisiyaların həcmində keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət dinamikanın nəzərə çarpdığını qeyd edib.

Toplantıda şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, 6 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi, Qaz İstismar sahəsinin rəisi və digər şəxslər çıxış edərək hesabat dövrü ərzində görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR