Bank Of Baku

Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatıb

Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatıb
# 20 aprel 2010 15:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, magistratura imtahanlarında iştirak etmək üçün 15360 bakalavr ərizə verib. Onlardan 13562 nəfəri Azərbaycan bölməsi, 1798 nəfəri isə rus bölməsi üzrə sənəd verib. Qeyd edək ki, magistraturanın birinci mərhələsinə qəbul imtahanı mayın 2-də keçiriləcək. Bakalavrlar aprelin 29-dan etibarən imtahana buraxılış vərəqələrini elektron formada çap edə bilərlər. İkinci mərhələnin imtahanı isə iyunun 20-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR