Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclasında iştirak edib

Dövlət Miqrasiya Xidmətinin rəisi MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclasında iştirak edib
# 20 aprel 2010 15:29 (UTC +04:00)
Bakı-APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının VII iclasında iştirak etmək məqsədilə Rusiyada səfərdə olub. DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Rusiya, Belarus, Qazaxıstan və Tacikistanın müvafiq qurumlarının rəhbər nümayəndələri iştirakçı, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Ümumrusiya Həmkarlar İttifaqı Konfederasiyası və Ukraynanın nümayəndələri müşahidəçi qismində iştirak ediblər.

Toplantıda MDB üzv dövlətlərinin miqrasiya sahəsində vəziyyəti ilə bağlı məlumatlar dinlənilib və bir sıra qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR