Bank Of Baku

Azərbaycanın bəzi yerlərində leysan gözlənilir

Azərbaycanın bəzi yerlərində leysan gözlənilir
# 21 aprel 2010 09:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 16-20 dərəcə, axşam 11-13 dərəcə isti olacaq.

Aprelin 22-də havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Gecə 9-12 dərəcə isti olacaq, günün birinci yarısında 20-24 dərəcəyədək yüksələcək, axşam 13-15 dərəcəyə düşəcək.

Aprelin 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.

Aprelin 24-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 22-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin aprelin 22-də axşamdan başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 23-25 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 23 və 24-də yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək, aprelin 24-də 5-10 m/s-yə çatacaq. Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 15-17 dərəcə isti, dağlarda gecə 1-4 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR