Bank Of Baku

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və aylıq vəzifə maaşları müəyyənləşib

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və aylıq vəzifə maaşları müəyyənləşib
# 21 aprel 2010 09:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşlarını müəyyən edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarına əsasən Elmin İnkişafı Fondunun saxlanılması xərcləri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Elm” köməkçi bölməsinin iqtisadi təsnifatının “Sair xərclər” paraqrafında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin ediləcək.

Fondun 2010-cu il üçün ümumi xərcləri 7 022 400 manat, o cümlədən Fondun saxlama xərcləri 922 400 manat, inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, seminarların təşkil edilməsi, işçilərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və fəaliyyəti ilə bağlı digər xərclər 750 868 manat, Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara azad yaradıcılıq imkanının yaradılması, dövlətin elmi informasiya və innovasiya ehtiyatlarının artırılması, elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar, fundamental və ictimai elm sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi xərcləri 6 mln. 100 min manat təsdiqlənib.

Elmin İnkişafı Fondunun 10 nəfər ştat vahidi də təsdiqlənib. Fondun icraçı direktorunun aylıq vəzifə maaşı 1000 manat, müşavirinki 750 manat, baş mühasibinki 700 manat, baş məsləhətçininki 600 manat, aparıcı məsləhətçininki 500 manat, məsləhətçinin maaşı isə 450 manat müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR