Bank Of Baku

Azərbaycan hökuməti əmək şəraiti ağır və zərərli olan işlərdə əmək haqqının artımları ilə bağlı qərarına əlavələr edib

Azərbaycan hökuməti əmək şəraiti ağır və zərərli olan işlərdə əmək haqqının artımları ilə bağlı qərarına əlavələr edib
# 21 aprel 2010 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» qərarına əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavələrə əsasən, Göygöl rayonunun Sarısu kəndi həmin qərarın 1 nömrəli əlavəsi – «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı»na əlavə edilib.

Həmin qərarın 2 nömrəli əlavəsi – «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı»nın Quba rayonuna aid olan hissəsinə Xaltan kəndi, Lerik rayonuna aid olan hissəsinə Qələbin kəndinin yeni tikilən yuxarı hissəsi, Göygöl rayonuna aid olan hissəsinə Qarabulaq kəndi sözləri əlavə edilib. Göygöl rayonunun Sarısu kəndi isə həmin hissədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR