Bank Of Baku

Misir Mərdanov: “Moskva Açıq Universitetinin Bakı filialının fəaliyyətinin dayandırılması ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir”

Misir Mərdanov: “Moskva Açıq Universitetinin Bakı filialının fəaliyyətinin dayandırılması ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir”
# 21 aprel 2010 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, hazırda məcburi köçkünlərin yaşadığı yataqxanalar heç bir müasir tələblərə cavab vermir. Prezidentin sərəncamı ilə ali təhsil məktəblərinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğunu deyən M. Mərdanov ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanaları boşaldılacağını qeyd edib.

Ali məktəblərdə təhsil haqlarının qiyməti ilə bağlı məsələyə münasibət bildirən M. Mərdanov bildirib ki, dövlət təhsil müəssisələrində bu məsələni Tarif Şurası müəyyənləşdirir, özəl təhsil müəssisələrində isə bu qiymətləri həmin ali məktəblər özləri müəyyən edir: “Ali məktəblər bu gün Azərbaycanda kifayət qədər muxtariyyət hüququna malikdirlər. Ona görə də ali məktəblərin problemləri ilə daha çox o məktəbləri idarə edən adamlar məşğul olur”.

Nazir Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu ilə bağlı müsbət istiqamətdə irəliləyiş olmadığını, üstəlik Moskva Açıq Universitetinin Bakı filialının fəaliyyətinin dayandırılması ilə bağlı çox ciddi tədbirlər həyata keçirildiyini bildirib: “Yəqin ki, bu günlərdə bu barədə addımlar atılacaq. Orada təhsil alanların taleyi bizi düşündürür. Kim qanuni yolla təhsil alırsa, onların siyahısı bizə təqdim olunacaq və digər qurumlarla məsləhətləşərək onların başqa ali məktəblərə yerləşdirilməsini təmin edəcəyik. Diplomları da qanuni alıblarsa, həmin diplomlar tanınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR