Bank Of Baku

“Nestle” şirkətinə Rusiyaya uşaq qidası gətirmək qadağan olunub

“Nestle” şirkətinə Rusiyaya uşaq qidası gətirmək qadağan olunub
# 22 aprel 2010 08:20 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya şöhrətli “Nestle” şirkətinə ilk dəfə olaraq Rusiyaya məhsul gətirmək qadağan olunub.

APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmət (“Rospotrebnadzor”) “Nestle” şirkətinin yerli filialına Rusiya bazarına uşaq qida məhsulları çıxarmaq icazəsi verməyib.

Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko bildirib ki, buna səbəb məhsul istehsalı zamanı texnoloji intizamın zəifləməsidir.

Qeyd edək ki, “Nestle”nin Rusiya ərazisində 14 fabriki fəaliyyət göstərir. Onların arasında “Nescafe”, “Nesquik”, “Nuts”, “Şok”, “48 kopeek”, “Bon Pari” kimi məşhur markalar da var. “Nestle” şirkətinin Rusiya təmsilçiliyi 1995-ci ildə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR