Bank Of Baku

Sumqayıtda Lesya Ukrainkanın abidəsi ucaldılacaq

Sumqayıtda Lesya Ukrainkanın abidəsi ucaldılacaq
# 22 aprel 2010 08:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Sumqayıt şəhərində tanınmış Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın (Larisa Petrovna Kosaç-Kvitka) abidəsi ucaldılacaq. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Ukraynanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Boris Klimçuk bu xahişlə Azərbaycan prezidentinə müraciət edib və onun razılığını alıb. Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana 2011-ci ildə planlaşdırılan rəsmi səfəri zamanı monumentin açılışı planlaşdırılır.
Qeyd edək ki, Lesya Ukrainka 1871-ci ildə doğulub və 1913-cü ildə ağır xəstəlik nəticəsində dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR