Bank Of Baku

“Təbiət bizim sərvətimizdir” mövzusunda keçirilən respublika foto və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Təbiət bizim sərvətimizdir” mövzusunda keçirilən respublika foto və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 22 aprel 2010 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ekologiya ili” çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Təbiət bizim sərvətimizdir” mövzusunda keçirilən respublika foto və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə Azərbaycan təbiətinə məhəbbət, ekologiyanın qorunması, hər bir məktəblinin öz yaşadığı ərazinin gözəlliklərini təbliğ etmək hissləri formalaşdırmaq, ictimaiyyətin diqqətini ətraf mühitin təmiz saxlanmasına və ekologiyanın çirklənməsinin qarşısını alınmasına yönəltməkdir. Müsabiqənin məktəb və rayon mərhələlərində 10 minlərlə rəsmi və foto nümayiş etdirilib. Respublika mərhələsində isə 700-dən artıq iş təqdim olunub. Təqdim olunan işlər içərisində 400-dən çox rəsm və foto münsiflər heyəti tərəfindən seçilərək sərgidə nümayiş etdirilir.

Tədbirin sonunda müsabiqə qalibləri Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR