Bank Of Baku

Milli Hidrometeorologiya İnstitutunda sel xəritəsi və sel kataloqu hazırlanıb

Milli Hidrometeorologiya İnstitutunda sel xəritəsi və sel kataloqu hazırlanıb
# 22 aprel 2010 10:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyindəki Milli Hidrometeorologiya İnstitutunda sel xəritəsi və sel kataloqu hazırlanıb. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib. Xəritə və kataloq çap edilərək qabaqlayıcı tədbirlər görmək üçün bütün müvafiq dövlət qurumlarına göndəriləcək. Sel xəritəsi və kataloqunda sel təhlükəsi gözlənilən ərazilər göstəriləcək. Nazir müavini hazırda ölkə ərazisində sel təhlükəsinin qarşısını alınması üçün müəyyən ərazilərdə bəndlər çəkildiyini, yaşıllıqlar salındığını deyib.
Son zamanlar ölkə ərazisində torpaq sürüşmələrinin də çoxaldığını deyən N. Quliyev bildirib ki, nazirliyin əməkdaşları dərhal sürüşmə baş verən ərazilərə gedir və müvafiq rəylər verirlər: “Sürüşmə də təbiət hadisəsidir. Bu, yağıntıların miqdarından da asılıdır. Əsas odur ki, tikinti işləri görülərkən dövlət orqanları tərəfindən verilən rəylər nəzərə alınsın. Mənim məlumatıma görə, hazırda Nəqliyyat Nazirliyi tərəfindən sürüşmə tez-tez qeydə alınan İsmayıllı-Muğanlı yoluna alternativ yol çəkilir. Ağsu aşırımının isə relyefi çox mürəkkəbdir. Ona görə də həmin ərazidə alternativ yol çəkmək mümkün deyil. Bu ərazidə hər hansı hadisə baş verəndə ona alternativ olan digər yollardan, məsələn, Kürdəmir yolundan istifadə etmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR