Bank Of Baku

İndoneziya nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub - FOTO

İndoneziya nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub - <font color=red>FOTO</font>
# 22 aprel 2010 10:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan ADU-nun rektoru Səməd Seyidov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından məmnun olduğunu, universitetdə İndoneziya mədəniyyətinin təbliğində, öyrənilməsində maraqlı olduğunu deyib: “Bununla yanaşı, istərdik ki, İndoneziyada da Azərbaycan mədəniyyəti və təhsili təbliğ olunsun. Əgər belə olarsa, Azərbaycan həqiqətləri daha da çox yayılar”.

S. Seyidovla görüşməyindən məmnunluğunu bildirən Pramono Anunq Vibovo İndoneziyanın Azərbaycanla əlaqələr qurulmasında maraqlı olduğunu dedi. İndoneziya parlamentində Fələstinlə yanaşı, Qarabağla da bağlı xüsusi komissiyanın yaranacağını bildirən nümayəndə heyətinin rəhbəri iki ölkə arasında bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməklə ölkələr arasındakı məsafəni qısaldacaqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR