Bank Of Baku

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edilib

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edilib
# 22 aprel 2010 12:08 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiyanın ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycanın ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituriyentlər SQK-ya Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün istifadə etdikləri TQDK-nın “ödəmə kartı”nı, orta təhsil haqqında sənədin əslini (2010-cu ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı), şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çağırışçı şəhadətnaməsini, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayışı təqdim etməlidirlər.

Müsabiqə iki mərhələdə keçiriləcək. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Test imtahanı Azərbaycan və rus dillərində keçiriləcək.

Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verəcəklər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verməlidirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Test imtahanı mayın 15-də keçiriləcək. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi” mayın 13-14-də veriləcək.
Test imtahanı nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsabiqənin müsahibə mərhələsi mayın 17-də keçiriləcək.
Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılacaqlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR