Bank Of Baku

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib
# 22 aprel 2010 12:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak üçün doldurduqları “Elektron ərizə”ni təsdiqlətdirdikdən sonra TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidir. Qeydiyyat mayın 3-dən 11-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq. İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan vətəndaşları malikdir. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak edə bilməz.

Qeydiyyatdan keçmək üçün abituriyent SQK-ya ali təhsil müəssisələrinə qəbul imtahanlarına qatılmaq üçün istifadə etdiyi TQDK-nın “ödəmə kartı”nı, orta təhsil haqqında sənədin əslini (2010-cu ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaları haqqında arayışı), şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini təqdim etməlidir. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan vətəndaşları üçün 3 yer ayrılıb.

Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Test imtahanı mayın 15-də keçiriləcək. Bu imtahan nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaq. Müsahibə mayın 17-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR