Bank Of Baku

ABŞ səfirliyində Torpaq Günü qeyd olunub – FOTO

ABŞ səfirliyində Torpaq Günü qeyd olunub – <font color=red>FOTO </font>
# 22 aprel 2010 14:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Gələcəkdə daha çox yaşıllığın təmin edilməsi naminə Bakı Beynəlxalq Məktəbinin şagirdləri ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətində toxum səpərək 22 aprel - Torpaq Gününü qeyd ediblər. APA-nın məlumatına görə, şagirdlər ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu ilə birlikdə ağac əkiblər. D. Lu bildirib ki, həyata keçiriləcək ən vacib iş ətraf mühitin qorunması ilə bağlı fikirləri üşaqlarla bölüşməkdir və Torpaq Günü insanlara bunu bir daha xatırladır.

Torpaq Gününün əsası 1970-ci ildə ABŞ-da qoyulub. Ətraf mühitə maraq artdıqca bu tarix dünyada ətraf mühitin qorunması günü kimi qeyd olunmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR