Bank Of Baku

Bakıda bədbəxt hadisələrdən sığortalanma mövzusunda beynəlxalq seminar keçiriləcək

Bakıda bədbəxt hadisələrdən sığortalanma mövzusunda beynəlxalq seminar keçiriləcək
# 22 aprel 2010 15:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 28-29-da Bakıda “Bədbəxt hadisələrdən sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər” mövzusunda beynəlxalq texniki seminar keçirəcək.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq seminarın keçirilməsi təklifi ilə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) rəsmiləri ötən ilin 20-24 oktyabr tarixlərində Azərbaycana səfərləri zamanı çıxış ediblər.

BSTA-nın, DSMF-nin və Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq toplantıda həmçinin Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının, Dünya Bankının, Beynəlxalq Bədbəxt Hadisələr üzrə İdarə Heyətləri və Komissiyalar Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcəklər. Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan və bir sıra digər Avropa ölkələrinin də təmsil olunacağı iki günlük beynəlxalq seminarda bədbəxt hadisələrdən sığortalanma sahəsində beynəlxalq təcrübədən söhbət açılacaq, bu sahədə cari problemlərə toxunulacaq.

Eyni zamanda demoqrafiyanın bədbəxt hadisələrdən sığortalanmaya təsiri, elektrik, maşınqayırma, tekstil və media sənayelərində bədbəxt hadisələrdən sığortalanma mövzularında məruzələr təqdim ediləcək.

Nəzərə çatdıraq ki, Azərbaycanda da istehsalat xəsarəti və peşə xəstəliklərindən sığortalanma sisteminin yaradılması üçün tədbirlər görülməkdədir və artıq bununla bağlı qanun layihəsi hazırlanıb. Bu baxımdan sözügedən sahədə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi müsbət nəticələrin əldə olunmasına töhfə verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR